Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı Nümayəndələyinin rəhbəri Maksim Poletayev ilə keçirilmiş görüşə dair
3 fevral 2025-ci il tarixində Baş konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadə ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Maksim Poletayev arasında görüş keçirilmişdir.
Görüş zamanı iki ölkə arasındakı müttəfiqlik münasibətləri barədə fikir mübadiləsi aparılmış, Azərbaycan Respublikası ilə Sankt-Peterburq arasında mədəni, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın perspektivləri müzakirə olunmuş, Baş konsulluq ilə Nümayəndəlik arasında səmərəli fəaliyyətin gələcəkdə davam edəcəyinə əminlik ifadə edilmişdir.
Sonda Baş konsulluğun başçısı v.i.e. A.Yusifzadə təyinatı münasibətilə M.Poletayevi bir daha təbrik edərək həmkarına Baş konsulluq adından xatirə hədiyyəsi olaraq “Gəncə xalçası” təqdim etmişdir.