Ümumvətəndaş pasportunun rəsmi̇ləşdi̇ri̇lməsi̇ qaydaları

Ümumvətəndaş pasportunun rəsmi̇ləşdi̇ri̇lməsi̇ qaydaları

Vətəndaşların nəzərinə!

Konsulluq xidmətləri ilə bağlı Baş Konsulluq tərəfindən müraciətlərin qəbulu Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyasına əsasən konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir (Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinin siyahısı).

DİQQƏT! Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi ilə bağlı müraciətlərin qəbulu yalnız Elektron Növbə Portalı https://appointment.mfa.gov.az vasitəsilə həyata keçirilir.

Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün sənədlərin Baş Konsulluq tərəfindən qəbulu qeyri-iş günləri istisna olmaqla həftənin bütün iş günləri (Bazar ertəsi – Cümə, saat 09.00-dan 12.30-dək) aparılır.

Azərbaycan Respublikası vətəndaşına ümumvətəndaş pasportu 14 iyun 1994-cü il tarixli “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir.

Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün hər bir Azərbaycan Respublikası vətəndaşı şəxsən Baş Konsulluğa gəlməli, əl-barmaq izi verməli və aşağıda sadalanan sənədləri təqdim etməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının ümumvətəndaş pasportu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən rəsmiləşdirilərək diplomatic poçt vasitəsilə Baş Konsulluğa göndərildiyindən yeni ümumvətəndaş pasportunun əldə edilməsi 2 (iki) ayadək davam edə bilər.

  • 18 yaşı tamam olmuş şəxslərə yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
  1. Ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket (18 yaşı tamam olmuş vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket18 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket);
  1. Ümumvətəndaş pasportunun əsli və surəti;
  2. Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
  3. 18 – 35 yaş arası hərbi mükəlləfiyyəti olan kişilər tərəfindən yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün sənədlər təqdim edildikdə, həmin şəxsin hərbi bileti və ya möhlət hüququnu təsdiq edən müvafiq hərbi komissarlığın arayışı təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, səhhəti ilə bağlı hərbi biletdə möhlət hüququnun tarixi keçmiş şəxslərə yeni ümumvətəndaş pasportu rəsmiləşdirilmir. Hərbi mükəlləfiyyətlə bağlı qeyd edilən sənədlər təqdim edilmədiyi təqdirdə yeni ümumvətəndaş pasportu məhdudiyyət aradan qalxanadək rəsmiləşdirilmir;
  4. Konsulluq qeydiyyatı haqqında anket və anket üçün 1 ədəd 3x4 ölçüdə fotoşəkil;
  5. Dövlət rüsumunun Baş Konsulluğun bank hesabına ödənilməsini təsdiq edən çap olunmuş qəbz və ya hesabdan çıxarış.
  • Bank rekvizitləri: Ф.ОПЕРУ Банка ВТБ (ПАО) г. Санкт-Петербург, ИНН: 9909058879, Расчетный счет: 40807810739800000004, Корреспондентский счет: 30101810200000000704, БИК: 044030704, КПП: 784061001

Qeyd: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 16.1.2-ci maddəsinə əsasən ümumvətəndaş pasportunun alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 25 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilir. Baş Konsulluqda nəğd ödəniş qəbul edilmir.

Qeyd: Yeni ümumvətəndaş pasportunun hazır olması ilə bağlı vətəndaşa məlumat verildikdən sonra pasport Baş Konsulluğun qəbul saatlarında (həftənin iş günləri - bazar ertəsi-Cümə, saat 09.00-dan 12.30-dək) şəxsən götürülə bilər. Hazır ümumvətəndaş pasportunun təhvil alınması zamanı köhnə pasportun Baş Konsulluğa təqdim olunması tələb olunur.

Qeyd: Hazır ümumvətəndaş pasportunun alınmasında СДЭК poçt xidmətindən (vətəndaşın sifarişi əsasında) də istifadə oluna bilər. Baş Konsulluq sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır.

Qeyd: Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün müraciət etməzdən öncə və ya pasport üçün müraciət etdikdən sonra ən geci 10 iş günü ərzində ASAN Xidmət Mərkəzlərində aşağıda qeyd olunan yaş kateqoriyalarına uyğun olaraq müvafiq dövlət rüsumu ödənilməlidir:

  1. bir yaşınadək uşaqlar üçün - 15 AZN;
  2. bir yaşından üç yaşınadək uşaqlar üçün - 25 AZN;
  3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 35 AZN;
  4. on səkkiz yaşına çatmış vətəndaşlar üçün - 60 AZN.

Qeyd: Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün sənədlər təqdim edilən zaman vətəndaşa məxsus etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş pasport Baş Konsulluğa təhvil verilməlidir;

Qeyd: Ümumvətəndaş pasportu itirildikdə ərizə, oğurlandıqda isə polis və ya müvafiq səlahiyyətli təşkilatın arayışı təqdim edilməlidir;

  • 18 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün yuxarıda qeyd edilən sənədlərə əlavə olaraq aşağıdakı sənədlər də təqdim edilməlidir: 
  1. Etibarlılıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsinin əsli;
  2. Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə etiraz edilmədiyi barədə hər iki valideynin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi (əgər hər iki valideyin azyaşlıya yeni ümüumvətəndaş pasportu rəsmiləşdirilməsi üçün Baş Konsulluğa şəxsən gəlmişlərsə, o halda razılıq ərizəsi hər iki valideyn tərəfindən Konsulluqda imzalanmalıdır, ərizənin notarial qaydada təsdiqinə ehtiyac yoxdur);
  3. Hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərinin (pasport və ya şəxsiyyət vəsiqələri) və nikah haqqında şəhadətnamələrinin əsli;
  4. Nikah haqqında şəhadətnamə olmadığı təqdirdə Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin əsli.

Qeyd: Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün sənədlər təqdim edilən zaman vətəndaşa məxsus etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş pasport Baş Konsulluğa təhvil verilməlidir;

Qeyd: Ümumvətəndaş pasportu itirildikdə ərizə, oğurlandıqda isə polis və ya müvafiq səlahiyyətli təşkilatın arayışı təqdim edilməlidir;

 Son yenilənmə tarixi: 09.01.2025

Arxiv üzrə axtarış