Doğum aktının qeydə alınması
Vətəndaşların nəzərinə!
Konsulluq xidmətləri ilə bağlı Baş Konsulluq tərəfindən müraciətlərin qəbulu Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyasına əsasən konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir (Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinin siyahısı).
Doğum aktının qeydə alınması ilə bağlı müraciətlərin Baş Konsulluq tərəfindən qəbulu qeyri-iş günləri istisna olmaqla həftənin bütün iş günləri (Bazar ertəsi – Cümə, saat 09.00-dan 12.30-dək) aparılır.
Doğum aktının qeydə alınması ilə bağlı tələb olunan sənədlər:
- valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər (şəxsiyyət vəsiqələrinin və pasportların əsli və surəti);
- valideynlərin nikah haqqında şəhadətnaməsi (əsli və surəti);
- valideynlərin doğum haqqında şəhadətnamələri (əsli və surəti);
- valideynlərin konsul dairəsində yaşayış yeri üzrə qeydiyyatları barədə sənədlər (əsli və surəti);
- uşağa şəhadətnamə verilməsinə dair valideynlərin birgə ərizəsi (uşağın adının və soyadının göstərildiyi şəkildə);
- doğum faktını, vaxtını və konsul dairəsindəki yerini təsdiq edən tibb müəssisəsindən arayış (tibb müəssisəsinin yerləşdiyi ünvanın bağlı olduğu səhiyyə idarəsi tərəfindən təsdiq edilmiş qaydada).
Qeyd: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamənin verilməsi üçün dövlət rüsumu ödənilmir.
Qeyd: Doğum haqqında məlumat Baş Konsulluğa uşağın doğulduğu gündən ən geci 3 ay ərzində verilməlidir.
Son yenilənmə tarixi: 22.01.2025