Konsulluq qeydiyyatı

Vətəndaşların nəzərinə!

Azərbaycan Respublikası vətəndaşının Baş Konsulluqda konsulluq qeydiyyatının aparılması vətəndaşlarımızla əlaqə saxlamağa, fövqəladə vəziyyətlərdə və ya şəxsiyyəti təsdiq edən müvafiq sənədlərinin itirilməsi və ya oğurlanması hallarında konsulluq-hüquqi yardım göstərməyə, təşkil olunan tədbirlər barəsində məlumatlandırmağa və Azərbaycan ilə bağlı yeniliklərdən xəbərdar olmağa imkan verir.

Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinə  daxil olan Rusiya Federasiyanın Şimal-Qərb federal dairəsinin regionlarında daimi və ya müvəqqəti əsaslarla yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq qeydiyyatına alınması üçün aşağıdakı sənədlər tələb olunur:

  1. Konsulluq qeydiyyatı üçün anket;
  2. 1 ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil; 
  3. Pasportun əsli;
  4. Rusiya Federasiyasında daimi və ya müvəqqəti yaşayış qeydiyyatında olmanı təsdiq edən sənəd.

Qeyd: Sənədlərin Baş Konsulluğa göndərilməsi СДЭК poçt xidməti (vətəndaşın sifarişi və ödənişi əsasında) və ya Baş Konsulluğun rəsmi elektron poçt ünvanı (stpetersburg@mission.mfa.gov.az) vasitəsilə həyata keçirilə bilər.

Son yenilənmə tarixi: 22.01.2025

Arxiv üzrə axtarış