Adın, ata adının və soyadın dəyişdirilməsi
Vətəndaşların nəzərinə!
Konsulluq xidmətləri ilə bağlı Baş Konsulluq tərəfindən müraciətlərin qəbulu Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyasına əsasən konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir (Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinin siyahısı).
Adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı müraciətlərin Baş Konsulluq tərəfindən qəbulu qeyri-iş günləri istisna olmaqla həftənin bütün iş günləri (Bazar ertəsi – Cümə, saat 09.00-dan 12.30-dək) aparılır.
Adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı tələb olunan sənədlər:
- Ərizə;
- ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi;
- ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;
- ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
- ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları varsa, onların doğum haqqında şəhadətnamələri;
- şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
- çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
- ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkili;
- Dövlət rüsumunun Baş Konsulluğun bank hesabına ödənilməsini təsdiq edən qəbz;
Bank rekvizitləri: Ф.ОПЕРУ Банка ВТБ (ПАО) г. Санкт-Петербург, ИНН: 9909058879, Расчетный счет: 40807810739800000004, Корреспондентский счет: 30101810200000000704, БИК: 044030704, КПП: 784061001
Qeyd: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 16.3.4-cü maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınmasına görə 20 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilir. Baş Konsulluqda nağd ödəniş qəbul edilmir.
Qeyd: Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
Qeyd: Barəsində cinayət işi açılmış və ya hazırda cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin adın, ata adının və soyadın dəyişdirilməsinə yol verilmir.
Son yenilənmə tarixi: 22.01.2025