İmzanın həqiqiliyinin təsdiq edilməsi
Vətəndaşların diqqətinə!
“MOBİL NOTARİAT”
Mobil cihazınıza “AppStore” və ya “Google Play” platfomalarından “Mobil notariat” adlı tətbiqini yükləməklə müxtəlif növ etibarnamələri və razılıq ərizələrini elektron formada rəsmiləşdirə bilərsiniz. Tətbiqin istifadəsinə dair suallarınız olarsa xahiş olunur Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi ilə əlaqə saxlayın.
Baş konsulluqda konsul qanuna zidd və əqdin şərhindən ibarət olmayan, eləcə də özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirməyən sənədlərdə imzanın həqiqiliyini təsdiq edir. Konsul imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir.
Tələb olunan sənədlər
- İmza edənin şəхsiyyətini təsdiq edən sənədin əsli və surəti;
- Təsdiq ediləcək sənədin mətnindən asılı olaraq əlavə digər sənədlər;
- İmzanın həqiqiliyinin təsdiq edilməsi üçün 20 ABŞ dolları (ekvivalenti olaraq Rus rubulu) məbləğində dövlət rüsumunun Baş konsulluğun bank hesabına ödənilməsini təsdiq edən qəbz.
Qeyd: Vətəndaş yuxarıda sədalanan sənədlərlə birlikdə şəxsən Baş konsulluğa gəlməlidir.