Məhkumluq haqqında arayış

Vətəndaşların nəzərinə!

Konsulluq xidmətləri ilə bağlı Baş Konsulluq tərəfindən müraciətlərin qəbulu Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyasına əsasən konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir (Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinin siyahısı).

Məhkumluq haqqında arayışın sorğu əsasında alınması ilə bağlı müraciətlərin Baş Konsulluq tərəfindən qəbulu qeyri-iş günləri istisna olmaqla həftənin bütün iş günləri (Bazar ertəsi – Cümə, saat 09.00-dan 12.30-dək) aparılır.

Məhkumluq haqqında arayışın sorğu əsasında alınması üçün tələb olunan sənədlər:

1. Vətəndaş tərəfindən Baş Konsulluğa ünvanlanmış ərizə;

2. Ərizəçinin şəxsiyyətini təsdiq edən, etibarlılıq müddəti bitməmiş sənədlərin (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi) surəti;

3. Dövlət rüsumunun Baş Konsulluğun bank hesabına ödənilməsini təsdiq edən qəbz;

Bank rekvizitləri: Ф.ОПЕРУ Банка ВТБ (ПАО) г. Санкт-Петербург, ИНН: 9909058879, Расчетный счет: 40807810739800000004, Корреспондентский счет: 30101810200000000704, БИК: 044030704, КПП: 784061001

Qeyd: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 16.4.1.2-ci maddəsinə əsasən məhkumluq haqqında arayışın sorğu əsasında alınması üçün 10 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilir. Baş Konsulluqda nəğd ödəniş qəbul edilmir.

Qeyd: Sənədlərin Baş Konsulluğa göndərilməsində və hazır olan məhkumluq haqqında arayışın geri göndərilməsində СДЭК poçt xidmətindən (vətəndaşın sifarişi və ödənişi əsasında) də istifadə oluna bilər. Bu halda üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış və poçt markası yapışdırılmış zərfin təqdim edilməsi zəruridir. Baş Konsulluq sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır.

Qeyd: Hər bir şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.

Qeyd: Məhkumluq haqqında arayışın elektron qaydada əldə olunması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsinə (https://mia.gov.az/az/menu/29780/) müraciət oluna bilər.

Son yenilənmə tarixi: 22.01.2025 

 

Arxiv üzrə axtarış