Atalığın müəyyən edilməsi
Vətəndaşların nəzərinə!
Konsulluq xidmətləri ilə bağlı Baş Konsulluq tərəfindən müraciətlərin qəbulu Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyasına əsasən konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir (Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinin siyahısı).
Atalığın müəyyən edilməsi ilə bağlı müraciətlərin Baş Konsulluq tərəfindən qəbulu qeyri-iş günləri istisna olmaqla həftənin bütün iş günləri (Bazar ertəsi – Cümə, saat 09.00-dan 12.30-dək) aparılır.
Atalığın müəyyən edilməsi ilə bağlı tələb olunan sənədlər:
- Atalığın müəyyən edilməsi üçün uşağın atasının və anasının (valideynlərin) birgə ərizəsi;
- Ərizə verən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər (əsli və surəti);
- Uşağın doğum haqqında şəhadətnaməsi (əsli və surəti);
- Atalıq məhkəmə qaydasında müəyyən edilərsə, qanuni qüvvəyə minmiş qətnamə (əsli və surəti);
- Yetkinlik yaşına çatmış şəxs barədə atalıq müəyyən olunduqda onun razılığı, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının razılığı.
- Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yaşayış yerini müəyyən etmək olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə uşağın atasının ərizəsi ilə yanaşı aşağıdakı sənədlər:
- qəyyumluq və himayə orqanlarının razılığını təsdiq edən sənəd (əsli və surəti);
- ananın ölümü haqqında şəhadətnamə (əsli və surəti);
- ananın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarış (əsli və surəti);
- ananın valideynlik hüquqlarından məhrum olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarış (əsli və surəti);
- ananın xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsindən çıxarış və ya onun yaşadığı yeri müəyyən etməyin mümkün olmamasını təsdiq edən daxili işlər orqanlarından müvafiq sənəd.
Qeyd: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən atalığın müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.
Son yenilənmə tarixi: 22.01.2025