Tərcümənin düzgünlüyünün təsdiq edilməsi

Vətəndaşların nəzərinə

Konsulluq xidmətləri ilə bağlı Baş Konsulluq tərəfindən müraciətlərin qəbulu Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyasına əsasən konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir (Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinin siyahısı).

Tərcümənin düzgünlüyünün təsdiqi üçün sənədlərin Baş Konsulluq tərəfindən qəbulu qeyri-iş günləri istisna olmaqla həftənin bütün iş günləri (Bazar ertəsi – Cümə, saat 09.00-dan 12.30-dək) aparılır.

Sənədləri tərcüməçi tərcümə etməli, onun imzasının həqiqiliyini isə konsul təsdiq etməlidir. Konsul tərcüməçinin hər dəfə Baş Konsulluğa gəlməməsi üçün onun ərizəsi, diplomunun surəti və imza nümunəsi əsasında onu qeydiyyata götürür.

Tələb olunan sənədlər:

  1. Tərcümə və surəti təsdiq ediləcək sənədin əsli;
  2. Sənədin məxsus olduğu şəxsin şəхsiyyətini təsdiq edən sənədin əsli;
  3. Tərcüməçinin imza nümunələri Baş Konsulluqda mövcud deyilsə, həmin tərcüməçinin diplоmunun əsli, şəxsiyyətini təsdiq edən sənədinin əsli və şəxsən iştirakı vacibdir;
  4. Tərcümənin düzgünlüyünün təsdiqinə görə dövlət rüsumunun Baş Konsulluğun bank hesabına ödənilməsini təsdiq edən qəbz;

Bank rekvizitləri: Ф.ОПЕРУ Банка ВТБ (ПАО) г. Санкт-Петербург, ИНН: 9909058879, Расчетный счет: 40807810739800000004, Корреспондентский счет: 30101810200000000704, БИК: 044030704, КПП: 784061001

Qeyd: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 16.6.5-ci maddəsinə əsasən sənədlərin xarici dillərdən Azərbaycan dilinə tərcüməsinin düzgünlüyünün təsdiqinə görə (hər səhifə üçün) 10 ABŞ dolları,  sənədlərin Azərbaycan dilindən xarici dillərə tərcüməsinin düzgünlüyünün təsdiqinə görə (hər səhifə üçün) 20 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilir. Baş Konsulluqda nəğd ödəniş qəbul edilmir.

Son yenilənmə tarixi: 22.01.2025

Arxiv üzrə axtarış