Etibarnamələrin təsdiq edilməsi
Vətəndaşların nəzərinə!
Konsulluq xidmətləri ilə bağlı Baş Konsulluq tərəfindən müraciətlərin qəbulu Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyasına əsasən konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir (Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinin siyahısı).
Etibarnamələrin təsdiq edilməsi üçün sənədlərin Baş Konsulluq tərəfindən qəbulu qeyri-iş günləri istisna olmaqla həftənin bütün iş günləri (Bazar ertəsi – Cümə, saat 09.00-dan 12.30-dək) aparılır.
Konsul bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edir.
Etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilir. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.
Tələb olunan sənədlər:
- Etibar edənin şəхsiyyətini təsdiq edən sənədin əsli və surəti;
- Etibar edilən şəxsin şəхsiyyətini təsdiq edən sənədin surəti;
- Etibarnamənin mətnindən asılı olaraq əlavə digər sənədlər;
- Etibarnamənin təsdiq edilməsinə görə dövlət rüsumunun Baş Konsulluğun bank hesabına ödənilməsini təsdiq edən qəbz;
Bank rekvizitləri: Ф.ОПЕРУ Банка ВТБ (ПАО) г. Санкт-Петербург, ИНН: 9909058879, Расчетный счет: 40807810739800000004, Корреспондентский счет: 30101810200000000704, БИК: 044030704, КПП: 784061001
Qeyd: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 16.6.1-ci maddəsinə əsasən etibarnamənin təsdiq edilməsinə görə 20 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilir. Baş Konsulluqda nağd ödəniş qəbul edilmir.
Qeyd: Vətəndaş yuxarıda sədalanan sənədlərlə birlikdə şəxsən Baş Konsulluğa gəlməlidir.
Son yenilənmə tarixi: 22.01.2025