Ölümün qeydə alınması
Vətəndaşların nəzərinə!
Konsulluq xidmətləri ilə bağlı Baş Konsulluq tərəfindən müraciətlərin qəbulu Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyasına əsasən konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir (Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinin siyahısı).
Ölümün qeydə alınması ilə bağlı müraciətlərin Baş Konsulluq tərəfindən qəbulu qeyri-iş günləri istisna olmaqla həftənin bütün iş günləri (Bazar ertəsi – Cümə, saat 09.00-dan 12.30-dək), eləcə də təcili hallarda humanitar yardım prinsipi nəzərə alınmaqla növbədənkənar aparılır.
Ölümün qeydə alınması ilə bağlı tələb olunan sənədlər:
- Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı - müvafiq qurumlardan təsdiq edilmiş formada);
- Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
- Ölən şəxsin şəxsiyyətini təsdiq edən sənədlər, habelə ölən şəxs Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onun ölkə ərazisində yaşamaq icazəsini təsdiq edən sənədlər;
- Ölən şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda hərbi bilet (hərbi xidmətlə bağlı olan sənədlər).
Qeyd: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən ölümün qeydə alınması və bu barədə ilkin şəhadətnamənin verilməsi üçün dövlət rüsumu ödənilmir.
Son yenilənmə tarixi: 22.01.2025