2025-01-29

Leninqradın blokadadan tam azad olunmasının 81-ci ildönümü ilə əlaqədar Sankt-Peterburq şəhərinin və Leninqrad vilayətinin hökumətləri tərəfindən keçirilmiş tədbirlərə dair

1941-1945-ci illər Böyük Vətən Müharibəsi zamanı Leninqradın blokadadan tam azad olunmasının 81-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə 27-28 yanvar 2025-ci il tarixlərində Sankt-Peterburq şəhərinin Piskaryov memorial məzarlığında və Leninqrad vilayətinin Qatçina memorial kompleksində keçirilmiş anım tədbirlərində iştirak etmiş və Baş konsulluq adından “Ana Vətən” abidəsi və Qatçina memorial kompleksinin önünə əklillər qoymuşdur.

Həmçinin Piskaryov memorial məzarlığındakı Xatirə Xiyabanında 1941-1945-ci illər Böyük Vətən Müharibəsi və Leninqradın blokadadan azad olunması zamanı döyüşlərdə qəhrəmanlıqla həlak olmuş Azərbaycanın oğul və qızlarının xatirə lövhəsi Baş konsulluğun heyəti tərəfindən ziyarət olunmuş və önünə gül dəstələri düzülmüşdür.

Tədbirdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko, Rusiya XİN-in nümayəndələri, dövlət və hökumət rəsmiləri,  diplomatik korpusun rəhbərləri iştirak etmişdir.

   

Arxiv üzrə axtarış