Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi
Vətəndaşların nəzərinə!
Konsulluq xidmətləri ilə bağlı Baş Konsulluq tərəfindən müraciətlərin qəbulu Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyasına əsasən konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir (Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinin siyahısı).
Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiqi üçün sənədlərin Baş Konsulluq tərəfindən qəbulu qeyri-iş günləri istisna olmaqla həftənin bütün iş günləri (Bazar ertəsi – Cümə, saat 09.00-dan 12.30-dək) aparılır.
Konsul müvafiq idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərini o şərtlə təsdiq edir ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun.
Sənədlərdən çıxarışların düzgünlüyü o halda təsdiq edilir ki, bu sənədlərin məzmunu bir-biri ilə əlaqəsi olmayan bir neçə məsələyə aid olsun. Çıxarış sənədin müəyyən məsələyə aid hissəsinin tam mətnini özündə əks etdirməlidir.
Tələb olunan sənədlər:
- Surəti və ya çıxarışı təsdiq ediləcək sənədin əsli;
- Sənədin məxsus olduğu şəxsin şəхsiyyətini təsdiq edən sənədinin əsli və surəti;
- Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiqinə görə dövlət rüsumunun Baş Konsulluğun bank hesabına ödənilməsini təsdiq edən qəbz;
Bank rekvizitləri: Ф.ОПЕРУ Банка ВТБ (ПАО) г. Санкт-Петербург, ИНН: 9909058879, Расчетный счет: 40807810739800000004, Корреспондентский счет: 30101810200000000704, БИК: 044030704, КПП: 784061001
Qeyd: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 16.6.4-cü maddəsinə əsasən sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiqinə görə 10 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilir. Baş Konsulluqda nəğd ödəniş qəbul edilmir.
Son yenilənmə tarixi: 22.01.2025