VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi
Vətəndaşların nəzərinə!
Konsulluq xidmətləri ilə bağlı Baş Konsulluq tərəfindən müraciətlərin qəbulu Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyasına əsasən konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir (Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinin siyahısı).
VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi ilə bağlı müraciətlərin Baş Konsulluq tərəfindən qəbulu qeyri-iş günləri istisna olmaqla həftənin bütün iş günləri (Bazar ertəsi – Cümə, saat 09.00-dan 12.30-dək) aparılır.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və Konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən Baş Konsulluğun konsulluq əhatə dairəsində müvəqqəti və ya daimi əsaslarla yaşayan Azərbaycan Respublikası vətəndaşlarının müraciətləri əsasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir.
VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi ilə bağlı tələb olunan sənədlər:
- Doğumun qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə;
- Ölümün qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə;
- Nikahın qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə;
- Nikahın pozulmasının qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə;
- Ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
- Ərizə verən şəxsin Rusiya Federasiyasında müvəqqəti və ya daimi yaşadığını təsdiq edən sənəd(lər);
- Ölənlər barəsində təkrar şəhadətnamənin alınması üçün qohumluq münasibətlərini təsdiq edən sənədlər (doğum, nikah haqqında şəhadətnamələr).
İştirak etməli olan şəxslər
- Barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxsin özü;
- Yetkinlik yaşına çatmayanlar barəsində onların valideynləri, övladlığa götürənlər, qəyyumları və ya qəyyumluq və himayə orqanları; tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanları;
- Ölənlər barəsində - onların qanuni varisləri;
- Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.
Qeyd: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 16.3.5-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar şəhadətnamələrin verilməsinə görə 10 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilir. Baş Konsulluqda nəğd ödəniş qəbul edilmir.
Bank rekvizitləri: Ф.ОПЕРУ Банка ВТБ (ПАО) г. Санкт-Петербург, ИНН: 9909058879, Расчетный счет: 40807810739800000004, Корреспондентский счет: 30101810200000000704, БИК: 044030704, КПП: 784061001
Son yenilənmə tarixi: 22.01.2025