Ölümün qeydə alınması

Vətəndaşların nəzərinə!

Konsulluq xidmətləri ilə bağlı Baş Konsulluq tərəfindən müraciətlərin qəbulu Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyasına əsasən konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir (Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinin siyahısı).

Ölümün qeydə alınması ilə bağlı müraciətlərin Baş Konsulluq tərəfindən qəbulu qeyri-iş günləri istisna olmaqla həftənin bütün iş günləri (Bazar ertəsi – Cümə, saat 09.00-dan 12.30-dək), eləcə də təcili hallarda humanitar yardım prinsipi nəzərə alınmaqla növbədənkənar aparılır.

Ölümün qeydə alınması ilə bağlı tələb olunan sənədlər:

  1. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı - müvafiq qurumlardan təsdiq edilmiş formada);
  2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
  3. Ölən şəxsin şəxsiyyətini təsdiq edən sənədlər, habelə ölən şəxs Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onun ölkə ərazisində yaşamaq icazəsini təsdiq edən sənədlər;
  4. Ölən şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda hərbi bilet (hərbi xidmətlə bağlı olan sənədlər).

Qeyd: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən ölümün qeydə alınması və bu barədə ilkin şəhadətnamənin verilməsi üçün dövlət rüsumu ödənilmir.

Son yenilənmə tarixi: 22.01.2025

Arxiv üzrə axtarış