İmzanın həqiqiliyinin təsdiq edilməsi

Vətəndaşların nəzərinə!

Konsulluq xidmətləri ilə bağlı Baş Konsulluq tərəfindən müraciətlərin qəbulu Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyasına əsasən konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir (Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinin siyahısı).

İmzanın həqiqiliyinin təsdiq edilməsi üçün sənədlərin Baş Konsulluq tərəfindən qəbulu qeyri-iş günləri istisna olmaqla həftənin bütün iş günləri (Bazar ertəsi – Cümə, saat 09.00-dan 12.30-dək) aparılır.

Konsul qanuna zidd və əqdin şərhindən ibarət olmayan, eləcə də özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirməyən sənədlərdə imzanın həqiqiliyini təsdiq edir. Konsul imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin imzasının həqiqiliyini təsdiq edir. 

Tələb olunan sənədlər:

  1. İmza edənin şəхsiyyətini təsdiq edən sənədin əsli və surəti;
  2. Təsdiq ediləcək sənədin mətnindən asılı olaraq əlavə digər sənədlər;
  3. İmzanın həqiqiliyinin təsdiq edilməsinə görə dövlət rüsumunun Baş Konsulluğun bank hesabına ödənilməsini təsdiq edən qəbz;

Bank rekvizitləri: Ф.ОПЕРУ Банка ВТБ (ПАО) г. Санкт-Петербург, ИНН: 9909058879, Расчетный счет: 40807810739800000004, Корреспондентский счет: 30101810200000000704, БИК: 044030704, КПП: 784061001

Qeyd: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 16.6.6-cı maddəsinə əsasən sənədlərdəki imzanın həqiqiliyinin təsdiq edilməsinə görə 20 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilir. Baş Konsulluqda nəğd ödəniş qəbul edilmir.

Qeyd: Vətəndaş yuxarıda sədalanan sənədlərlə birlikdə şəxsən Baş Konsulluğa gəlməlidir.

Son yenilənmə tarixi: 22.01.2025

 

Arxiv üzrə axtarış