Adın, ata adının və soyadın dəyişdirilməsi

Vətəndaşların diqqətinə!

Baş Konsulluqda konsulluq xidmətləri ilə bağlı müraciətlər konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir (AR-in Sankt-Peterburq şəhərindəki Baş konsulluğunun konsulluq dairəsinin siyahısı).

Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

Barəsində cinayət işi açılmış və ya hazırda cinayət məsuliyətinə cəlb olunmuş şəxslərin adın, ata adının, soyad dəyişdirilməsinə yol verilmir.

Adın, ata adının və soyadın dəyişdirmək istəyən və Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulluğunun fəaliyyət dairəsində yaşayan Azərbaycan Respublikası vətəndaşı aşağıdakı sənədləri Baş konsulluğa təqdim etməlidir:

  1. Ərizə;
  2. ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi;
  3. ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;
  4. ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
  5. ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;
  6. şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
  7. çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
  8. ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil;
  1. Adın, ata adının və soyadın dəyişdirilməsi üçün 20 ABŞ dolları (ekvivalenti olaraq Rus rublu) məbləğində dövlət rüsumunun Baş konsulluğun bank hesabına ödənilməsini təsdiq edən qəbz;

Arxiv üzrə axtarış