2023-05-26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə mayın 25-də Moskvaya işgüzar səfərə gəlib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından Ali Avrasiya İqtisadi Şurasının üzv, müşahidəçi və dəvət olunmuş ölkələrin dövlət və hökumət başçılarının şərəfinə işçi səhər yeməyi verilib.

Moskvada dövlət və hökumət başçılarının şərəfinə işçi səhər yeməyi verilib.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edib.

Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri mayın 25-də başa çatıb.

Arxiv üzrə axtarış