Baş konsul

Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Qasımov Sultan Məhəmməd oğlu

Qasımov Sultan Məhəmməd oğlu 19 oktyabr 1959-cu ildə Bakı şəhərində anadan olub.

1976-1984-cü illərdə Azərbaycan xalq təsərrüfatı institutunun əməyin iqtisadiyyatı fakültəsində ali təhsil alıb.

1979-1981-ci illərdə Daxili qoşunlarda hərbi xidmət keçib.

1981-2009-cu illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib.

1993-1997-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib.

2006-2009-cu illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xətti ilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinə ezamiyyətə göndərilib.

2009-2016-cı illərdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk baş konsulu vəzifəsində işləyib.  

03 may 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsinə təyin edilib.  

Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi var.

09 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Evlidir, qız övladı var.

Arxiv üzrə axtarış