Azərbaycan Respublikası vətəndaşlığından çıxma qaydaları
Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketlə müraciət edir.
Bütün sənədlərin 5 nüsxədə təqdim olunmalıdır (1 nüsxə əsli və 4 nüsxə surəti)!
Ərizə-anketə aşağıdakı sənədlər əlavə olunur:
1. 5 ədəd 3x4 ölçüdə fotoşəkil;
2. yaşayış yerindən ailə tərkibi haqqında arayış;
3. dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər;
- Hərbi xidmət öhdəliyinin olmaması barədə sənəd (hərbi biletin notariat qaydada təsdiq edilmiş surəti və ya qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsindən arayış);
4. dövlət rüsumunun ödənilməsi barədə sənəd;
5.şəxsiyyəti təsdiq edən sənədin surəti;
6. tərcümeyi-hal.
Azərbaycan Respublikası vətəndaşlığından çıxma ilə bağlı vəsatət qaldıran şəxs yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə müraciət etdikdə aşağıdakı sənədlər əlavə olunmalıdır:
- 1. Uşağın doğum haqqında şəhadətnaməsinin surəti (notariat qaydada təsdiqli);
- 2. Digər valideynin razılıq ərizəsi (notariat qaydada təsdiqli);
- 3. Digər valideynin şəxsiyyətini təsdiq edən sənədin surəti (notariat qaydada təsdiqli);
- 4. Nikah və ya boşanma haqqında şəhadətnamənin surəti;
- 5. 14-18 yaşlı uşaqların razılıq ərizələri (notariat qaydada təsdiqli);
- 6. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti və ya qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsindən arayış - 15 yaşdan yuxarı oğlan uşaqlarına şamil edilir (notariat qaydada təsdiqli).