2022-12-27

İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının iclasında iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.

Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko, Baş konsul Sultan Qasımov və digər rəsmi şəxslər qarşıladılar.

Dekabrın 26-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Rusiya Prezidenti Vladimir Putin iclasda çıxış edib.

Arxiv üzrə axtarış