2022-05-28

Sankt-Peterburda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü günündə Azərbaycan Respublikasının Sankt-Peterburdakı baş konsulu Sultan Qasımov, konsulluğun diplomatları, Rusiya Federasiyasının şimal paytaxtının ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri Qoroxovaya küçəsi, 6 ünvanında görkəmli siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin şərəfinə xatirə lövhəsinin yanında toplaşıblar.

Xatırladaq ki, xalqımızın ümummilli lideri Heydər Əliyev 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin həmin binada yerləşən ali məktəbində təhsil alıb.

Tədbir iştirakçıları müasir Azərbaycanın banisi Heydər Əliyevin və Şərqdə ilk demokratik Respublikanı quranların xatirəsini ehtiramla yad edib, xatirə lövhəsinin önünə tər çiçəklər qoyublar.

Azərbaycan Respublikasının Sankt-Peterburdakı baş konsulu Sultan Qasımov tədbir iştirakçılarını Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib.

Arxiv üzrə axtarış