Vətəndaşların nəzərinə!
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl Bayramı ilə əlaqədar olaraq Azərbaycan Respublikasında iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 2024-cü ilin 30 dekabr və 2025-ci ilin 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü ilin 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
Bununla əlaqədar, 2024-cü ilin 30, 31 dekabr və 2025-ci ilin 1, 2, 3, 4, 5 yanvar tarixləri qeyri-iş günləri olacaq.
Beləliklə, Baş Konsulluq 2024-cü ilin 30 dekabr tarixindən 2025-ci ilin yanvar ayının 6-dək bağlı olacaqdır.
Nəzərə almağınız xahiş olunur.
Bayramınız mübarək!