2024-04-24

Sankt-Peterburq Filarmoniyasında Azərbaycanın görkəmli musiqiçiləri çıxış ediblər.

Sankt-Peterburq Filarmoniyasının böyük zalında Akademik Simfonik Orkestr ilə birlikdə görkəmli Azərbaycan pianoçuları: SSRİ Xalq Artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, bəstəkar və pedaqoq Fərhad Bədəlbəyli və Azərbaycanın xalq artisti Murad Adıgözəlzadə çıxış ediblər. Görkəmli dirijor Əyyub Quliyevin rəhbərliyi ilə orkestr Qara Qarayev, Fikrət Əmirov, Sergey Raxmaninov və Pyotr Çaykovskinin yaratdığı Azərbaycan və rus akademik musiqisinin şah əsərlərini ifa edib.

Konsertin sonunda pianoçulara Baş konsulluq adından gül dəstələri təqdim olunub.

Arxiv üzrə axtarış