2023-12-13

“Komsomolskaya pravda” Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısı haqqında sənədli film yayımlayıb

12 dekabr tarixində Baş konsulluğun müraciəti əsasında “Komsomolskaya pravda” qəzeti öz saytında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında sənədli film yerləşdirib.

“Mədəniyyətin əsl bilicisi: Heydər Əliyev Azərbaycan mədəniyyətinə necə ikinci nəfəs verdi” sərlövhəsi ilə yayımlanan sənədli filmdə Ulu Öndər Heydər Əliyevin mədəniyyət və incəsənətin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs olunur.

Filimə əlavə olunmuş mətndə qeyd edilir: “O, Azərbaycanın mədəni siyasətinin əsasını qoyub. Respublika Sarayı, konsert-sərgi zalları, Opera studiyası, xoreoqrafiya məktəbi və Opera və Balet Teatrının rekonstruksiya olunmuş binası – bütün bunlar Azərbaycan xalqının Ümummilli Lideri və öz ölkəsinin mədəniyyətinə yüksək qiymət verən Heydər Əliyevin xidmətlərindən yalnız bir neçəsidir”.

Qəzet vurğulayır ki, Heydər Əliyev milli rəqsin və teatrın inkişafını dəstəkləyir, şəhərlərin memarlıq üslubunu diqqət mərkəzində saxlayır və indiyədək onun vəsiyyətlərinə əməl edən ölkənin ümumi simasını müəyyən edirdi.

Arxiv üzrə axtarış