2023-05-09

Böyük Vətən Müharibəsində qələbənin 78-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

08 may tarixində Sankt-Peterburq şəhərindəki Piskaryov Memorial məzarlığında Sankt-Peterburq hökumətin təşkilatçılığı ilə Böyük Vətən Müharibəsində qələbənin 78-cı ildönümünə həsr olunmuş mərasim keçirilib.

Mərasimdə Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov və Sankt-Peterburq hökumətinin üzvləri, Qanunvericilik Məclisinin sədri Aleksandr Belski və deputatlar, RF Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov, Baş konsul Sultan Qasımov və Baş konsulluğun əməkdaşları, Sankt-Peterburqda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, diplomatlar, digər rəsmi şəxslər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Baş konsul Sultan Qasımov blokada zamanı və Leninqrad uğrunda döyüşlərdə həlak olanların xatirəsini ehtiramla yad edib. Diplomat Piskaryov Memorial məzarlığındakı “Ana Vətən” abidəsi qarşısına Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğu adından gül çələngi qoyub.

Daha sonra Sultan Qasımov və Baş konsulluğun əməkdaşları Leninqradın azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsini əbədiləşdirən məzarlıqda quraşdırılmış lövhənin önünə çiçəklər qoyublar.

Arxiv üzrə axtarış