Sankt-Peterburqda "Travel Hub" Beynəlxalq turizm forumu keçirilib
9 noyabr 2022-ci il tarixində MDB Parlamentlararası Assambleya Şurasının Bаş qərargahının yerləşdiyi "Tavriya" sarayında "Travel Hub" Beynəlxalq turizm forumu keçirilib. Tədbirdə MDB Parlamentlararası Assambleyasının Bаş katibi Dmitriy Kobitski, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr Komitəsinin nümayəndələri, MDB-ya üzv dövlətlərinin turizm sahəsində fəaliyyət göstərən qurumlarının rəsmiləri, Sankt-Peterburqda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər. MDB Parlamentlərarası Assambleya Şurasının dəvətə ilə diplomatik korpusun duayeni olaraq Ваş konsul Sultan Qasımov və diplomatlar tədbirdə iştirak ediblər.
Forumun əsas məqsədi təşkilata üzv ölkələr arasında turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək, qarşılıqlı olaraq yeni turizm marşrutlarının müəyyən etməkdən ibarət olub. Forum çərçivəsində həmçinin MDB-yə üzv ölkələrin turizm potensialına həsr olunmuş stendlərdən ibarət turizm sərgisi təşkil olunub.
Rəsmi hissədəki iclasda çıxış edən MDB Parlamentlərarası Assambleyanın Baş katibi Dmitriy Kobitski turizm sənayesinin müasir dövrdə ölkələrarası danışıqlar platformasına çevrildiyini qeyd edib. Çıxışının davamında сənab D.Kobitski son il ərzində Rusiyaya MDB məkanından gələn turist axınının artığını bildirib. Tədbirin davamında çıxış edən rəsmi nümayəndələr daxili turizmlə yanaşı regional turizmin inkişaf etdirilməsi məsələsinə toxunublar. MDB məkanının zəngin təbii və mədəni sərvətləri ilə turizmin inkişafı üçün geniş imkanlara malik olduğunu qeyd ediblər.
Rəsmi hissənin yekununda iştirakçılar “Tavriya” sarayının sütunlu zalındakı turizm sərgisi ilə tanış olublar.
Tədbirdə çıxış edən Baş konsul Sultan Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏIiyevin 2022-ci ili Şuşa ili elan etdiyi barədə iştirakçılara məlumat verib. Şuşa ili çərçivəsində həyata keçirilən layihələr və араrılаn islahatlar barədə danışıb. Ваş konsul Azərbaycana maraq göstərən qonaqlara dövlət başçısının göstərişi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma, bərра və abadlıq işləri barədə məlumat verib. Qarabağın və ölkəmizin tarixi – mədəni paytaxtı sayıIan Şuşanın turizm üçün xüsusi geniş imkanlara malik olduğu vurğulayıb.
Ваş konsul Sultan Qasımovun təşəbbüsü ilə Azərbaycan Respublikasına həsr olunmuş stenddə Ваş konsulluq tərəfindən ölkəmizin zəngin turizm potensialını əks etdirən, müxtəlif turistik bölgələr, milli mətbəx, adət-ənənələr, təbii sərvətlər, mədəni irs mövzulardakı çap materialları iştirakçılara təqdim olunub. Azərbaycanda fəaliyyət göstərən müxtəlif kateqoriya istirahət, əyləncə mərkəzləri və digər müalicəvi istirahət növləri barədə məlumat verilib. Ваş konsulluğun diplomatları və tədbirdə iştirak edən həmvətənlərimiz qonaqlara Azərbaycan barədə məlumat veriblər, ölkəmizin turizm sektorunun inkişafı ilə bağlı sualları саvаblandırıblar.
Sərgidə nümayiş etdirilən Azərbaycan stendi iştirakçılar tərəfindən böуük maraqla qarşılanıb. Bir çох turizm şirkətlərinin nümayəndələri Rusiyadan ölkəmizə turlar təşkil etməkdə maraqlı olduqlarını bildiriblər.
Tədbirin yekununda Azərbaycan haqqında müxtəlif mövzularda maraqlı məqalələr və məlumatlarla zəngin "Bakı" jurnalının sonuncu nömrələri iştirakçılar arasında paylanılıb. Xüsusi ilə jurnalın «Шуша - город Легенда» - adlı məqalənin və «Пункт назначения Карабах» - məqaləsinin dərc edildiyi nömrəsi tədbir iştirakçılarına hədiyyə edilib.