Sankt-Peterburqda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun xatirəsi anılıb.
Sankt-Peterburqda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun xatirəsi anılıb.
18 sentyabr - Milli Musiqi Günü münasibəti ilə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov və diplomatlar dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun adını daşıyan bağda olublar. Bu il Ü.Hacıbəyovun anadan olmasının 137 illiyi tamam olur. Bəstəkar 1913-1914-cü illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət konservatoriyasında təhsil almış və ən vacibi isə məşhur “Arşın mal alan” operettasını məhz Sankt-Peterburq şəhərində yazmışdır. Xatırladaq ki, bu ilin yanvar ayında Rusiyanın şimal paytaxtının “Bəstəkarlar” küçəsində yerləşən bağda Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun və Heydər Əliyev Fondunun dəstəyi ilə Üzeyir Hacıbəyovun abidəsinin ucaldılacağı yerdə təməl daşı qoyulmuşdur.
Baş konsul Sultan Qasımov və konsulluğun əməkdaşları dahi bəstəkar Üzeyir Hacıbəyovun xatirəsini yad edib, təməl daşının önünə çiçəklər qoyublar.