“Komsomolskaya Pravda” informasiya agentliyinin 97 illik yubileyi
30 iyun tarixində Baş konsulluğun sıx əməkdaşlıq etdiyi, Sankt-Peterburqun aparıcı KİV-ndən hesab edilən “Komsomolskaya Pravda” (KP) informasiya agentliyinin 97 illik yubileyi münasibətilə "Lendok" kinostudiyasında təntənəli tədbir keçirilmişdir. Mərasimi Qanunvericilik Məclisinin sədri Aleksandr Belski açaraq qonaqları salamlamışdır. Ənənəvi olaraq “Mediapersona-2022” qalibləri seçilmiş və şəhərin həyatında xüsusi xidmətləri olanlar müxtəlif sahələr üzrə şəxslərə Sankt-Peterburqdakı KP-nin baş redaktoru və baş direktoru İrina Jeqlova və digər rəsmi şəxslər tərəfindən mükafatlar təqdim olunmuşdur.
Təşkil olunmuş tədbirdə fəxri qonaq qismində Qanunvericilik Məclisinin sədri Aleksandr Belski, vitse-qubernatorlar Boris Piotrovski və Anatoli Poveli, Sankt-Peterburq hökumətinin Komitə rəhbərləri, Azərbaycanın, Çinin və İsrailin Baş konsulları iştirak ediblər.