2021-10-20

Azərbaycan Respublikanın Mədəniyyət nazirinin müavini Sevda Mamedaliyeva ilə Sankt-Peterburq Qanunvericilik Məclisi sədrinin müavini Nikolay Bondarenko arasında görüş keçirilib.

Oktyabrın 20-də Mariinskiy Sarayında Sankt-Peterburq Qanunvericilik Məclisi sədrinin müavini Nikolay Bondarenko ilə Azərbaycan Respublikanın Mədəniyyət nazirinin müavini Sevda Mamedaliyevanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəsi Vladimir Zapevalov iştirak ediblər.

Nikolay Bondarenko iki ölkə arasında parlamentlərarası əlaqələrin uzun tarixə malik olduğunu qeyd etdi. N.Bondarenko Sankt-Peterburqun çoxmillətli bir şəhər olduğunu, Hökumət və Qanunvericilik Məclisinin qonşu ölkələrin mədəni irsinin qorunması üçün çox işlər gördüyünü bildirmişdir. Şəhər Parlamentinin sədr müavini Sankt-Peterburq Dövlət Universitetinin İslam Araşdırmaları Mərkəzi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında Əməkdaşlıq Memorandumunu Sankt-Peterburqla Bakı arasında qurulan sıx mədəni əlaqələrin nümunəsi olduğunu qeyd etmişdir. Eyni zamanda, Azərbaycanda rus dilinin və mədəniyyətinin qorunması ilə bağlı tədbirlərin əhəmiyyətini vurğulamışdır.

Görüşdə  Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində inkişafından söz açmışdır. Qeyd olunmuşdur ki, əlaqələrin möhkəmləndirilməsi üçün əlverişli şərait bundan sonra da yaradılmalıdır. Söhbət zamanı xalqlararası mədəni təbliğatın təşviqi, qarşılıqlı mədəni tədbirlərin təşkili istiqamətində fikir mübadiləsi aparılmış, gələcək mədəniyyət layihələri müzakirə olunmuşdur. Nazir müavini cari ilin 11-13 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulan XIX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun COVİD-19 pandemiyası səbəbindən təxirə salındığını təəssüf hissi ilə qeyd etmişdir.

Görüşün sonunda tərəflər birgə səmərəli işlərə görə bir-birlərinə təşəkkür etdilər və qarşılıqlı faydalı əməkdaşlığın davam edəcəyinə ümid etdiklərini bildirdilər.

     

Arxiv üzrə axtarış