“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Qərarda dəyişiklik edildi
9 ölkə (2021-ci il 10 iyun tarixindən – Rusiya Federasiyası, Türkiyə Respublikası və 2021-ci il 21 iyun tarixindən - Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Macarıstan Respublikası, İsrail Dövləti, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Qətər Krallığı) vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərin (COVID-19 pasportu və 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında) hava nəqliyyatı vastəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir.
Dəyişikliyə əsasən:
2021-ci il 5 avqust tarixindən eyni şərtlərlə aşağıdakı 20 ölkə əlavə edilir:
- Almaniya Federativ Respublikası;
- Avstriya Respublikası;
- Belcika Krallığı;
- Çexiya Respublikası;
- Danimarka Krallığı;
- İrlandiya Respublikası;
- İspaniya Krallığı;
- İsveç Krallığı;
- İsvecrə Konfederasiyası;
- Kanada;
- Luksemburq Böyük Hersoqluğu;
- Malta Respublikası;
- Niderland Krallığı;
- Polşa Respublikası;
- Portuqaliya Respublikası;
- Serbiya Respublikası;
- Sinqapur Respublikası;
- Slovakiya Respublikası;
- Sloveniya Respublikası;
- Yunanıstan Respublikası.”.