2021-05-08

Cari ilin 08 may tarixində Sankt-Peterburq şəhərindəki Piskaryov Memorial məzarlığında hökumətin təşkilatçılığı ilə Böyük Vətən Müharibəsində qələbənin 76-cı ildönümünə həsr olunmuş mərasim keçirilib.

Mərasimdə Baş konsul Sultan Qasımov və Baş konsulluğun əməkdaşları, Sankt-Peterburqun Xarici əlaqələr Komitəsinin sədri Yevgeniy Qriqoryev,  RF Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov, Sankt-Peterburq hökumətinin nümayəndələri və digər rəsmi şəxslər, xarici ölkələrin bu şəhərdəki baş konsulluqlarının rəhbərləri, diplomatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Baş konsul Sultan Qasımov blokada zamanı və Leninqrad uğrunda döyüşlərdə həlak olanların xatirəsini ehtiramla yad edib. Diplomat Piskaryov Memorial məzarlığındakı “Ana Vətən” abidəsi qarşısına Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğu adından gül çələngi qoyub.

Tədbirdən sonra Baş konsul Sultan Qasımov və Baş konsulluğun əməkdaşları Leninqradın azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsini əbədiləşdirən məzarlıqda quraşdırılmış lövhənin önünə çiçəklər qoyublar. 

Arxiv üzrə axtarış