2021-05-09

9 may 2021-ci il tarixində Sankt-Peterburqun “Dvortsovaya” Meydanında Böyük Vətən Müharibəsində qələbənin 76-cı ildönümünə həsr olunmuş təntənəli hərbi parad keçirilmişdir. Sankt-Peterburq Hökumətinin dəvəti ilə tədbirdə Baş konsul Sultan Qasımov fəxri qonaq qismində iştirak etmişdir.

Tədbirdə Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov, RF Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov, Sankt-Peterburq hökumətinin, ictimaiyyətin nümayəndələri, ali hərbi məktəblərin kursantları, Rusiyanın şimal paytaxtında akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Arxiv üzrə axtarış