2021-01-15

15 yanvar 2021-ci il tarixində Sankt-Peterburqun aparıcı teatrı sayılan Mariinski Teatrının səhnəsində dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun əsəri “Min bir gecə” baleti təqdim edilmişdir.

“Min bir gecə” baleti Mariinski teatrının Vladivostokdakı Primorskiy bölməsinin balet truppası tərəfindən səhnələşdirilib. Qeyd etmək istərdik ki, “Min bir gecə” — Primorski səhnəsinin baş baletmeystri, Bakı Xoreoqrafiya məktəbinin məzunu Eldar Əliyevdir. Mariinskiy teatrının səhnəsində qoyulmuş tamaşa onun layihəsidir və əvvəllər Eldar Əliyev “Min bir gecə” baletini Amerika, Avropada səhnəyə qoyub.                                                                                                                                          Sankt-Peterburqun Mariinskiy teatrının səhnəsində qoyulmuş baletə Azərbaycan musiqiçisi,  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Azərbaycanın əməkdar artisti Eyyub Quliyev dirijorluq edib.                                Balet iki hissədən ibarət olub, 15-17 yanvar tarixlərində nümayiş etdirilib. Valehedici melodiyalar, rəngarəng harmonik dil və orkestrləşdirmə, səmimi lirika səhnələri ilə zəngin “Min bir gecə” baleti yerli sənətsevərlər tərəfindən güclü alqışlarla qarşılanıb. Baş konsul Sultan Qasımov “Min bir gecə” baletində tamaşaçı və fəxri qonaq qismində iştirak edib. Tədbirdə həmçinin Baş konsulluğun diplomatları iştirak ediblər, baletmeyster və balet truppasına Baş konsulluq adından gül dəstəsi hədiyyə edilib.  

       

Arxiv üzrə axtarış