2020-08-18

Rusiya Federasiyası ərazisinə şəxslərin hava yolu ilə daxil olma şərtlərinə dair:

Rusiya Federasiyası Xarici İşlər Nazirliyindən Baş konsulluğa daxil olmuş rəsmi məlumata istinadən bildiririk ki, COVİD-19 pandemiyası ilə əlaqədar dayandırılmış beynəlxalq uçuşlar Rusiya Federasiyasına bərpa olunacağı təqdirdə xarici ölkə vətəndaşlarının Rusiya Federasiyası ərazisinə daxil olma şərtləri aşağıdakı qaydada müəyyən edilmişdir:                                                                                              

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyindən Baş konsulluğa daxil olmuş 3289 saylı, 03.08.2020-ci il tarixli cavab notasında RF hökumətinin müvafiq qərarları əsasən 15 iyul 2020-ci il tarixindən etibarən RF ərazisinə ardıcıl aviareyslərlə gələn şəxslərə tətbiq edilən 14 günlük karantin şərti ləğv edilmişdir. Rusiya Federasiyası ərazisinə gələn şəxslərdən COVİD-19 infeksiyasına qarşı 3 təqvim günü ərzində verilmiş və mənfi nəticəli (PSR üsulu ilə) analizinin cavabını təqdim etmələri tələb olunur.

Koronavirus infeksiyasının (PSR üsulu ilə) mənfi nəticəsini əks etdirən tibbi sənəd olmadığı halda, xarici vətəndaşlar üç gün ərzində Rusiyada müayinə olaraq bu analizi verməlidirlər.

Arxiv üzrə axtarış