2019-05-14

Baş konsulluğun diplomatları Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin andan olmasının 96 illiyini qeyd ediblər.

Cari ilin 10 may tarixində Sankt-Peterburqun tanınmış ictimai xadimləri, yaradıcı ziyalıları, Azərbaycan diasporunun nümayəndələri, AMOR gənclər təşkilatının fəalları və Baş konsulluğun diplomatları Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin andan olmasının 96 illiyini qeyd ediblər. Baş konsulluğun təşkilatçılığı ilə dahi dövlət xadimi Ulu Öndər Heydər Əliyevin Qoroxovaya küçəsindəki barelyefi qarşısına toplaşan həmvətənlərimiz Ulu Öndərin əziz xatirəsini yad ediblər.       
Tədbir iştirakçıları Ümumilli Liderin barelyefi qarşısına gül dəstələri düzüblər, xatirə fotoşəkilləri çəkdiriblər, onunla bağlı xoş xatirələri ilə bölüşüblər.
Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov Ümummilli Lider Heydə Əliyevin həyat və fəaliyyətinə nəzər salaraq, dahi öndərin ömür yolunu sevdiyi xalqına həsr etdiyini vurğulayıb. Diplomat bildirib ki, Heydər Əliyev daima Azərbaycan dövlətini və xalqını düşünüb, ölkəmizin tərəqqisi naminə taleyüklü qərarlar verib. Baş konsul Sultan Qasımov xüsusi ilə qeyd edib ki, məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz çiçəklənib və inkişaf edib. Ümummilli Lider müstəqil Azərbaycanın banisidir, məhz onun siyasi müdrikliyi nəticəsində müasir dövlətçiliyin möhkəm əsaslarının qoyulub. Baş konsul Sultan Qasımov qeyd edib ki, dahi siyasətçi, görkəmli xadim Heydər Əliyevi Rusiyada və dünyada yaxşı tanıyırlar. Heydər Əliyev SSRİ dövründə rəhbər vəzifələrdə çalışaraq nəinki Azərbaycanın bütün SSRİ-nin iqtisadiyyatının və mədəniyyətinin inkişafında mühüm yer tutub. Strateji və iqtisadi cəhətdən vacib olan layihələr məhz Heydər Əliyevə həvalə edilib və onun sayəsində uğurla həyata keçirilib.Baş konsul Sultan Qasımov bildirib ki, müstəqil Azərbaycana rəhbərlik edən Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə mövqelərini möhkəmlədib və müstəqilliyimiz əbədiləşib. Baş konsul qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev xaricdə yaşayan həmvətənlərimizə, Azərbaycan-Rusiya münasibətlərinin inkişafına,  xüsusi diqqət yetirib və bu gün Ümummilli Liderin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ikitərəfli münasibətləri, əməkdaşlığı yeni müstəviyə ucaldıb.           
Son illər ərzində ikitərəfli münasibətlərdə müşahidə olunan yüksəliş və dövlət başçılarımızın səmimi şəraitdə keçirdikləri görüşlər, həyata keçirilən layihələr, siyasi, strateji və iqtisadi vacib olan məsələlərdə əldə edilən razılıqlar bunun sübutudur. Diplomat qeyd edib ki, Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevə qarşı sevgisi və hörməti əbədidir. Bu əlamətdar gündə həm Azərbaycanda həm də xaricdə yaşayan həmvətənlərimiz Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad edirlər.Sankt-Peterburqdakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dünya miqyasında ölkənin nüfuzunun artmasında Ulu Öndər Heydər Əliyevin rolundan danışıb. O bildirib ki, Azərbaycan diasporunun yaradıcısı məhz Heydər Əliyevdir. Ümummilli Lider daima xaricdə yaşayan həmvətənlərə xüsusi diqqət yetirərək, onları vahid və qüdrətli Azərbaycan ətrafında birləşməyə, harada yaşadıqlarından asılı olmayaraq bölünməz vətən ideyasına xidmət etməyə çağırıb.     
V.Məmişob Azərbaycan xalqımızın Ulu Öndərin layiqli davamçısı olan Prezidentimizi İlham Əliyev cənablarının siyasi kursunu dəstəklədiyini və daima yanında olduğunu vurğulayıb.
“Naxçıvan Azərbaycanın dostları” milli-mədəni cəmiyyətinin rəhbəri İdris Qəhrəmanov Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı üçün daima çalışdığını bildirib. Heydər Əliyevin uzaqgörənliyi nəticəsində XX əsrdən başlayaraq çox sayda azərbaycanlı gəncin SSRİ-nin aparıcı təhsil ocaqlarına göndərildiyini və gələcək müstəqil dövlətimiz üçün yüksək səviyyəli peşəkar kadrların yetişdirildiyini qeyd edib. Müasir Azərbaycan dövlətçiliyinin quruculuğunda və möhkəmlənməsində Heydər Əliyevin misilsiz rolundan, xaricdə yaşayan həmvətənlərə böyük qayğı göstərdiyindən danışıb. İ.Qəhrəmanov Heydər Əliyevin azərbaycançılıq ideyasının banisi olduğunu vurğulayıb. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti nəticəsində Azərbaycanın öz müstəqilliyini əbədiləşdirdiyini bildirib.
Tədbirin davamında çıxış edən diaspor fəallarımız, ziyalılar professor Qasıməli Qasımov və Fəqan Kəsəmənli Azərbaycan dövlətçiliyinin quruculuğunda və möhkəmlənməsində Heydər Əliyevin misilsiz rolundan danışıblar, xaricdə yaşayan həmvətənlərə böyük qayğı göstərdiyini qeyd ediblər. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diasporumuza göstərdiyi xüsusi diqqət və qayğının bütün dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirildiyini bildiriblər.     

Arxiv üzrə axtarış