2016-10-18

Oktyabrın 18-də Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov və Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin rəisi, general-leytenant Sergey Umnov arasında görüş keçirilib.

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu S.Qasımov Azərbaycan Daxili İşlər Nazirliyi rəhbərliyinin salamlarını çatdırıb.

S.Umnov Baş konsulu Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibəti ilə təbrik edib.

Sultan Qasımov müstəqillik dövründə ölkəmizin keçdiyi inkişaf yolundan danışıb, qısa müddətdə beynəlxalq arenada, habelə iqtisadi sahədə qazandığı uğurları diqqətə çatdırıb. O, həmçinin bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlər mehriban qonşuluq əsasında qurulub, ölkəmiz Rusiyanın bir çox şəhər və regionları, o cümlədən Sankt-Peterburqla əlaqələrin genişləndirilməsində maraqlıdır.

Görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif məsələləri ətrafında konstruktiv fikir mübadiləsi aparılıb, qarşılıqlı əlaqələrin hazırkı səviyyəsi və perspektivləri müzakirə olunub. Həmçinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayətində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının müxtəlif problemlərin həlli ilə bağlı məsələlər nəzərdən keçirilib.

Səmimi və dostluq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Arxiv üzrə axtarış