Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi

Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulluğunun əhatə dairəsinin nəzərə alınması ilə bağlı vətəndaşların diqqətinə!

Baş konsulluğa konsulluq xidmətləri ilə bağlı müraciət etmədən öncə 1963-cü il Konsulluq əlaqələri haqqında Vyana konvensiyasının 4-cü maddəsinin 2-ci bəndi ilə tənzimlənən konsulluq dairəsi (Konsulluq qurumunun yerləşmə məkanı, onun sinifi və konsul dairəsi yerləşdiyi ölkənin razılığı ilə təmsil olunan dövlət tərəfindən müəyyən edilir) üzrə müəyyən olunmuş region prinsipinin nəzərə alınması xahiş olunur.

Qayıdış Şəhadətnaməsinin rəsmiləşdirilməsi qaydası

Pasportu itmiş, yararsız hala düşmüş və ya pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşları aşağıdakı sənədləri təqdim etdikdə Baş konsulluğun Konsulluq bölməsi tərəfindən müvafiq qayıdış şəhadətnaməsi rəsmiləşdirilə bilər: 

  1. Pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə pasportun əsli təqdim edilməlidir.
  2. Pasport itdikdə və ya oğurlandıqda aşağıdakı sənədlər təqdim edilməlidir:
  • 1 ədəd 3x4 ölçüdə fotoşəkil;
  • ərizə-anket;
  • Pasport itirildikdə və ya oğurlandıqda polis orqanlarından və ya müvafiq səlahiyyətli təşkilatlardan arayış təqdim edilməlidir;
  • Qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün 10 ABŞ dolları məbləğində dövlət rüsumunun Baş konsulluğun təqdim edəcəyi bank hesabına ödənilməsini təsdiq edən qəbz;
  • Baş konsulluqda nağd ödəniş qəbul edilmir;
  • Üzərində fotoşəkil olan, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığını müəyyənləşdirən etibarlıq müddəti bitməmiş sənədlərdən birinin surəti (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bilet, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi);

Qeyd: Diplomatik və ya xidməti pasporta malik olan, xarici ölkələrdə təhsil alan (müvafiq təsdiqedici sənəd təqdim edildikdə), dövlət xətti ilə pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan, xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya edilən, insan alveri qurbanı olan, yaxud 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.

Qeyd: 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə aşağıdakı sənədlər tələb olunur:

  1. Uşağın aşağıda göstərilən şəxsiyyətini təsdiq edən sənədlərdən hər hansı birinin əsli və ya surəti: 
  • Doğum haqqında şəhadətnamənin əsli və ya surəti;
  • Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin əsli və ya surəti;
  • Azərbaycan Respublikasının pasportunun əsli və ya surəti;
  • Əgər uşaq yeni doğulubsa və şəxsiyyətini təsdiq edən hər-hansı bir sənədi yoxdursa uşağın doğulduğu xəstəxana tərəfindən verilən və həmin şəhərin Səhiyyə idarəsi tərəfindən təsdiq olunmuş arayışın əsli. 
  • 2 ədəd 3x4 ölçüdə fotoşəkil;
  1. Pasport itirildikdə və ya oğurlandıqda polis orqanlarından və ya müvafiq səlahiyyətli təşkilatlardan arayış təqdim edilməlidir.

 

Arxiv üzrə axtarış