Azərbaycan Respublikası vətəndaşlığından çıxma qaydaları

Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketlə müraciət edir.

 Bütün sənədlərin 5 nüsxədə təqdim olunmalıdır (1 nüsxə əsli və 4 nüsxə surəti)!

Ərizə-anketə aşağıdakı sənədlər əlavə olunur:

1. 5 ədəd 3x4 ölçüdə fotoşəkil;

2. yaşayış yerindən ailə tərkibi haqqında arayış;

3. dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər;

  • Hərbi xidmət öhdəliyinin olmaması barədə sənəd (hərbi biletin notariat qaydada təsdiq edilmiş surəti və ya qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsindən arayış);

4. dövlət rüsumunun ödənilməsi barədə sənəd;

5.şəxsiyyəti təsdiq edən sənədin surəti;

6. tərcümeyi-hal.

 

Azərbaycan Respublikası vətəndaşlığından çıxma ilə bağlı vəsatət qaldıran şəxs yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə müraciət etdikdə aşağıdakı sənədlər əlavə olunmalıdır:

  • 1. Uşağın doğum haqqında şəhadətnaməsinin surəti (notariat qaydada təsdiqli);
  • 2. Digər valideynin razılıq ərizəsi (notariat qaydada təsdiqli);
  • 3. Digər valideynin şəxsiyyətini təsdiq edən sənədin surəti (notariat qaydada təsdiqli);
  • 4. Nikah və ya boşanma haqqında şəhadətnamənin surəti;
  • 5. 14-18 yaşlı uşaqların razılıq ərizələri (notariat qaydada təsdiqli);
  • 6. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti və ya qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsindən arayış - 15 yaşdan yuxarı oğlan uşaqlarına şamil edilir (notariat qaydada təsdiqli).

Ərizə-anket

 

Arxiv üzrə axtarış