Konsulluq xidmətləri
Atalığın müəyyən edilməsi

Vətəndaşların nəzərinə!

Konsulluq xidmətləri ilə bağlı Baş Konsulluq tərəfindən müraciətlərin qəbulu Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyasına əsasən konsul dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir (Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun konsul dairəsinin siyahısı).

Atalığın müəyyən edilməsi ilə bağlı müraciətlərin Baş Konsulluq tərəfindən qəbulu qeyri-iş günləri istisna olmaqla həftənin bütün iş günləri (Bazar ertəsi – Cümə, saat 09.00-dan 12.30-dək) aparılır.

 

Atalığın müəyyən edilməsi ilə bağlı tələb olunan sənədlər:

  1. Atalığın müəyyən edilməsi üçün uşağın atasının və anasının (valideynlərin) birgə  ərizəsi;
  2. Ərizə verən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər (əsli və surəti);
  3. Uşağın doğum haqqında şəhadətnaməsi (əsli və surəti);
  4. Atalıq məhkəmə qaydasında müəyyən edilərsə, qanuni qüvvəyə minmiş qətnamə (əsli və surəti);
  5. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yaşayış yerini müəyyən etmək olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə uşağın atasının ərizəsi ilə yanaşı:
  1. qəyyumluq və himayə orqanlarının razılığını təsdiq edən sənəd (əsli və surəti);
  2. ananın ölümü haqqında şəhadətnamə (əsli və surəti);
  3. ananın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarış (əsli və surəti);
  4. ananın valideynlik hüquqlarından məhrum olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarış (əsli və surəti);
  5. ananın xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsindən çıxarış və ya onun yaşadığı yeri müəyyən etməyin mümkün olmamasını təsdiq edən daxili işlər orqanlarından müvafiq sənəd.
  1. Yetkinlik yaşına çatmış şəxs barədə atalıq müəyyən olunduqda onun razılığı, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının razılığı.

Qeyd: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən atalığın müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

 

Son yenilənmə tarixi: 22.01.2025

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti