Vətəndaşların nəzərinə!
Konsulluq xidmətləri ilə bağlı Baş Konsulluq tərəfindən müraciətlərin qəbulu Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyasına əsasən konsul dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir (Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun konsul dairəsinin siyahısı).
Vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı sənədlərin Baş Konsulluq tərəfindən qəbulu qeyri-iş günləri istisna olmaqla həftənin bütün iş günləri (Bazar ertəsi – Cümə, saat 09.00-dan 12.30-dək) aparılır.
Şəxsin Azərbaycan Respubli̇kasının vətəndaşlığına mənsubi̇yyəti̇nin müəyyən edi̇lməsi̇ üçün Baş Konsulluğa aşağıdakı sənədlər təqdim olunmalıdır:
- Pasportun və şəxsiyyəti təsdiq edən digər sənədlərin surətləri;
- Doğum haqqında şəhadətnamənin surəti;
- Yetkinlik yaşına çatmamış uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti;
- Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmayan və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti;
- 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);
- Ərizə-anket;
- Baş Konsulluğa ünvanlanmış müraciət ərizəsi;
- Dövlət rüsumunun Baş Konsulluğun bank hesabına ödənilməsini təsdiq edən qəbz;
Bank rekvizitləri: Ф.ОПЕРУ Банка ВТБ (ПАО) г. Санкт-Петербург, ИНН: 9909058879, Расчетный счет: 40807810739800000004, Корреспондентский счет: 30101810200000000704, БИК: 044030704, КПП: 784061001
Qeyd: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 16.4.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu göndərilməsi üçün 10 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilir. Baş Konsulluqda nağd ödəniş qəbul edilmir.
Qeyd: Sənədlərin Baş Konsulluğa göndərilməsi və hazır sənədlərin təhvil alınmasında СДЭК poçt xidmətindən (vətəndaşın sifarişi və ödənişi əsasında) də istifadə oluna bilər. Bu halda üzərində müraciət etmiş şəxsin ünvanı və əlaqə vasitələri yazılmış, poçt markası yapışdırılmış zərfin təqdim edilməsi zəruridir. Sənədlərin poçt vasitəsilə göndərilməsinin yalnız müraciətçinin özü tərəfindən, valideyn himayəsində olan yetkinlik yaşına çatmamış uşaqların sənədlərinin göndərilməsinin valideynlər tərəfindən həyata keçirilməsi tələb olunur. Baş Konsulluq sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır.
Son yenilənmə tarixi: 22.01.2025