Konsulluq xidmətləri
Elektron Növbə Portalı

Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun konsul dairəsinə daxil olan Rusiya Federasiyasının Şimal-Qərb federal dairəsinin regionlarında (Sankt-Peterburq şəhəri, Leninqrad, Arxangelsk, Voloqda, Kalininqrad, Murmansk, Novqorod, Pskov vilayətləri, Kareliya Respublikası, Komi Respublikası, Nenets muxtar dairəsi) müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi ilə bağlı mövcud qanunvericilikdə müəyyən olunmuş sənədlər əsasında Baş Konsulluğa müraciət etmək üçün öncədən vaxt təyin etmək məqsədilə Elektron Növbə Portalından https://appointment.mfa.gov.az istifadə edə bilər.

Elektron Növbə Portalı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, o cümlədən Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında göstərilən konsulluq xidmətləri ilə əlaqədar öncədən növbə təyin edilməsi üçün elektron vasitədir. Portaldan istifadə üçün hər hansı xidmət haqqı nəzərdə tutulmamışdır. Vətəndaşlar elektron növbə ilə bağlı onlayn müraciətini tamamladıqdan sonra əlaqə vasitəsi olaraq sistemə qeyd etdiyi elektron poçt ünvanı vasitəsilə təsdiq barədə bildiriş əldə edəcəkdir.

 

Son yenilənmə tarixi: 22.01.2025



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti