Xəzəryanı dövlətlərin Hərbi Dəniz Qüvvələri komandanlarının Sankt-Peterburq şəhərində keçirilmiş işçi görüşü.
6-8 oktyabr 2025-ci il tarixlərində Sankt-Peterburq şəhərində Xəzəryanı dövlətlərin Hərbi Dəniz Qüvvələrinin komandanlarının işçi görüşü keçirilmişdir.
Rusiya Federasiyası, İran İslam Respublikası və Qazaxıstan Respublikasının nümayəndə heyətlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən Şahin Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Görüş zamanı gəmiçilik və dəniz obyektlərinin təhlükəsizliyini təmin etmək məqsədilə 2026-cı ildə Xəzər dənizində çoxtərəfli hərbi dəniz təlimlərinin keçirilməsi, təlimlər zamanı qəza vəziyyətində olan gəmiyə yardım göstərilməsi elementlərinin praktiki olaraq həyata keçirilməsi, naviqasiya və hidroqrafik təminat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
İclasın yekununda Xəzəryanı dövlətlərin Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyətlərinin işçi görüşünün Protokolu imzalanmışdır.
Səfər çərçivəsində Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən Şahin Məmmədov və Azərbaycan Silahlı Qüvvələrinin Rusiya Federasiyasındakı hərbi attaşesi Kənan Təhməzov Baş konsulluğu ziyarət etmişdir.