Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovun Baş konsulluğu ziyarəti
Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi və tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov 10 may 2025-ci il tarixində Baş konsulluğu ziyarət etmişdir.
Ziyarət zamanı qubernator A.Beqlov Ulu Öndərin xatirə guşəsi önünə gül dəstələri düzərək dərin ehtiramını bildirmiş, dahi şəxsiyyət ilə bağlı xatirələrini bölüşərək yad etmiş və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən foto sərgi ilə tanış olmuşdur.
Həmçinin Baş konsulluğun heyəti Ümummilli Lider Heydər Əliyevin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin ali məktəbinin binasının üzərindəki barelyefini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmiş və önünə gül dəstələri düzmüşdür.