Türkiyə Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulu Başar Başol ilə keçirilmiş görüş
31 oktyabr 2025-ci il tarixində Baş konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadə ilə Türkiyə Respublikasının Sankt-Peterburq şəhərinə yeni təyin ounmuş baş konsulu Başar Başol arasında nəzakət görüşü keçirilmişdir.
Görüş zamanı Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mövcud olan yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətləri, dostluq-qardaşlıq əlaqələri, hər iki Baş konsulluğun gələcəkdə birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.