news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 aprel 2025

Sankt-Peterburq hökumətinin təşkilatçılığı ilə “Русские самоцветы» zərgərlik müəssisəsində keçirilmiş “Dünya Xəritəsində Birlikdəyik” adlı bahar festivalına dair

Sankt-Peterburq hökumətinin təşkilatçılığı ilə 14 mart 2025-ci il tarixində “Русские самоцветы» zərgərlik müəssisəsində “Dünya Xəritəsində Birlikdəyik” adlı bahar festivalı keçirilmişdir.

 

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Qanunvericilik Məclisinin sədri Aleksandr Belski, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoriyev, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı Nümayəndəliyinin rəhbəri Maksim Poletayev, MDB Parlamentlərarası Assambleyası Şurasının sədri Dmitriy Kobitski, diplomatik korpusun rəhbərləri, hökumət üzvləri və mətbuat nümayəndələri tədbirdə iştirak etmişdir.

 

Diplomatik korpusun rəhbərlərinə müəssisənin gündəlik iş fəaliyyəti ilə tanışlıq ekskursiyası və müəssisə tərəfindən istehsal olunan nümunələrə sərgi salonunda baxış keçirilmişdir.

 

“Русские самоцветы» zərgərlik müəssisəsi tərəfindən istehsal edilmiş Azərbaycan Respublikasının dövlət rəmzlərini və milli atributlarını əks etdirən stəkan altlıqları sərgidə nümayiş etdirilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti