news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 dekabr 2025

Sankt-Peterburq Dövlət Universitetinin rektoru N.M.Kropaçov ilə keçirilmiş görüş

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin və baş konsul vəzifəsini icra edən Anar Yusifzadənin 22 dekabr 2025-ci il tarixində Sankt-Peterburq Dövlət Universitetinin rektoru Nikolay Kropaçov ilə görüşü keçirilmişdir.

 

Söhbət zamanı Sankt-Peterburq Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maddi-texniki və elmi-metodiki bazası əsasında Azərbaycan-Rusiya birgə təhsil müəssisəsinin yaradılması layihəsi, bu istiqamətdə birgə tədris planının və təhsil proqramlarının hazırlanması ilə bağlı məsələlər müzakirə edilmiş, eləcə də yüksək ixtisaslı kadrların hazırlanması və ali təhsil sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

 

Səfir R.Mustafayev Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin bakalavr və magistr pilləsində təhsil alan tələbələrin və müəllim heyətinin qarşısında Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyəti və gələcək perspektivləri, Azərbaycan Respublikasının daxili və xarici siyasəti mövzusunda mühazirə ilə çıxış etmiş, onları maraqlandıran çoxsaylı sualları cavablandırmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti