news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 fevral 2025

Rusiya Federasiyasının Diplomatiya Günü ilə əlaqədar keçirilmiş tədbirə dair

9 fevral - Rusiya Federasiyasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı ilə əlaqədar Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı Nümayəndəliyinin təşkilatçılığı ilə 10 fevral 2025-ci il tarixində Rusiya Dövlət Siyasi Tarix Muzeyində tədbir keçirilmişdir.

Tədbirdə Sankt-Peterburq hökumətinin Xarici əlaqələr və Mədəniyyət komitələrinin, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı Nümayəndəliyinin rəsmiləri, Sankt-Peterburqdakı diplomatik korpusun rəhbərləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak etmişdir.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı Nümayəndəliyi və Sankt-Peterburq Dövlət Universitetinin Tarix-Diplomatiya Muzeyi tərəfindən birgə hazırlanmış “Diplomatik həyat yolu” sərgisinin nümayişi zamanı Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin 1802-ci ildə Sankt-Peterburq şəhərində təsis olunduğu dövrdən bugünə kimi olan diplomatiya tarixi barədə tədbir iştirakçılarına məlumat verilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti