news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 may 2025

Novqorod vilayətində keçirilmiş səyyar konsul qəbulu və Azərbaycan diasporunun nümayəndələri ilə görüş.

Cari ilin 28 may tarixində Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğu tərəfindən Rusiya Federasiyasının Novqorod vilayətində səyyar konsul qəbulu və Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirilmişdir.

 

Novqorod vilayətinin Veliki Novqorod şəhərində təşkil olunmuş səyyar konsul qəbulu zamanı bu şəhərdə və vilayətin digər şəhər/rayonlarında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi, qayıdış şəhadətnaməsinin verilməsi, arayışların sorğu əsasında alınması və notariat hərəkətlərinin aparılması ilə bağlı sualları cavablandırılmış və bir sıra konsulluq xidmətləri üzrə müraciətləri qəbul edilmişdir.

 

Səfər çərçivəsində Novqorod vilayətində fəaliyyət göstərən “T.Salmanov adına Bakılı – Azərbaycan Mədəniyyət Mərkəzi” diaspor təşkilatının (“Бакинец”) üzvləri və Azərbaycan icmasının nümayəndələri ilə keçirilmiş görüş zamanı Baş konsulluq tərəfindən vətəndaşlara konsulluq xidmətlərinin göstərilməsi üzrə tətbiq olunan yeniliklər, müraciətlərin uzun məsafə qət etmədən elektron və poçt vasitəsilə edilməsi və cavablandırılması imkanı və onları maraqlandıran digər suallar cavablandırılmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti