news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 dekabr 2025

Kareliya Respublikasında keçirilmiş səyyar konsul qəbulu

Cari ilin 13 dekabr tarixində Rusiya Federasiyasının Kareliya Respublikasında Baş konsulluq tərəfindən növbəti səyyar konsul qəbulu keçirilmişdir. Petrozavodsk şəhərində təşkil olunmuş səyyar konsul qəbulu zamanı bu şəhərdə və respublikanın digər şəhər/rayonlarında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının qayıdış şəhadətnaməsinin verilməsi, arayışların sorğu əsasında alınması və notariat hərəkətlərinin aparılması ilə bağlı sualları cavablandırılmış, bir sıra konsulluq xidmətləri üzrə müraciətləri qəbul edilmiş, Baş konsulluq tərəfindən vətəndaşlara konsulluq xidmətlərinin göstərilməsi üzrə tətbiq olunan yeniliklər, müraciətlərin uzun məsafə qət etmədən elektron və poçt vasitəsilə edilməsi imkanı barədə məlumat verilmişdir

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti